Ölkə ərazisində daha 41 cinayət işinin üstü açılıb.
DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bunlardan 31-i ötən gün, 10-u isə əvvəlki dövrlərdən qalan cinayətdir.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Gununsesi.info