Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycanın qurumdakı deputat heyətinin mandatının təsdiqlənməməsi ilə bağlı müzakirələr zamanı ölkəmizi tənqid edənlərlə yanaşı müdafiə edənlər də olub.
Gununsesi.info bildirir ki, bunlardan biri də Ukrayna Parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü, ukraynalı deputat Oleksiy Qonçarenkodur.
O, qış sessiyası zamanı çıxışında bildirib ki, bu qurum Azərbaycana qarşı çox sərt davranır: “Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. o vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub.
Ukraynalı deputat Oleksiy Qonçarenko Gununsesi.info-ya müsahibəsində AŞ PA ilə Azərbaycan arasındakı gərkinlikdən danışıb.
Ukraynalı deputat deyib ki, bu məsələ ilə bağlı çıxışında mövqeyini açıq ifadə edib:
“Biz mövqeyimizi aydın ifadə etməliyik. Dünənki qərar heç bir tərəfə – nə Azərbaycana, nə də Avropa Şurasına, heç kimə kömək etməyəcək. Sual da budur. Əgər biz Azərbaycanda vəziyyəti yaxşılaşdırmaq istəyiriksə, kənarlaşdırmaq çıxış yolu deyildi. Mən də bunu istəyirəm ki, Azərbaycanda insan haqları problemləri həll edilsin və çıxışımda da bunu qeyd etmişəm. Bilirik ki, Azərbaycanda problemlər var və bu problemlər suallar vardır.Əgər vəziyyəti yaxşılaşdırmaq istəyiriksə, biz Azərbaycanla işləməliyik, Azərbaycan da Avropa Şurası ilə işləməlidir. Birgə iş olmasa, bir-biriləri ilə işləməsələr, təəssüf ki, bu, vəziyyəti daha da pisləşdirə bilər”.
Pərviz Həşimli
Gununsesi.info