
Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol- nəqliyyat hadisəsi barədə yeni açıqlama yayıb. Gununsesi.org xəbər verir ki, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, 10 nəfər xəstəxanada qalacaq digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir.
Baş həkimin sözlərinə görə, açıq kəllə- beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə beyin travması və qabırğa sınığıdır. Vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.
Gununsesi.org