Dünən intihar edən qazi bu cür qarşılanmışdı – VİDEO

Xəbər verdiyimiz kimi, 10 iyulda qazi Elvin Cəfərov Sabirabad rayon İH-nin etinasızlığına etiraz edərək özünü yandırıb və dünən dünyasını dəyişib.

Gununsesi.info  xəbər verir ki, Elvin Cəfərov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlığı ilə seçilib. O, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və s. olmaqla, ümumilikdə 8 medal alıb.

Onun müharibədən sonra rayonda xüsusi qayğı və sevgi ilə qarşılandığı da görünür.

Gununsesi.info