Dünən zibil qutusunda tapılan qadın meyitinin KİM OLDUĞU BƏLLİDİR

  • By admin
  • 17 Fevral 2018 10:07

Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində tapılan  məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti haqqında-

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilmişdir.

     Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.