Dünya əhalisi dəhşətli təhlükə ilə üz-üzə

  • By admin
  • 14 Aprel 2022 12:51

“Ukraynada davam edən müharibə dünya əhalisinin 20 faizdən çoxunu yoxsulluğa və onilliklər ərzində görünməyən aclığa sürükləyə bilər”.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Tvitter səhifəsində yazıb.

“Müharibənin və onun dünyanın ən yoxsul və ən həssas insanları üçün təsirli nəticələrinin qarşısının alınmasının yeganə həlli daimi sülhdür”, – A.Quterreş bildirib.

Xatirladaq ki, daha əvvəl müharibənin Ukraynadakı tədarük zəncirlərini pozması barədə məlumat yayılmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynada başlatdığı müharibənin bütün dünyada ərzaq təhlükəsizliyini təhdid etdiyini bildirib.

Gununsesi.info