Dünya Bankından Türkiyə iqtisadiyyatına 18 milyar dollarlıq dəstək – Rəsmi Ankara üçün iqtisadi “can dərmanı”

  • By admin
  • 05 Sentyabr 2023 18:22

Dünya Bankı Türkiyə iqtisadiyyatına əlavə 18 milyar dollarlıq dəstək ayıracağına söz verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Dünya Bankı yeni iqtisadi siyasətinə dəstək üçün yaxın 3 ildə Türkiyədəki layihələr üçün 18 milyard dollar ayıracağını açıqlayıb.

Türkiyəyə veriləcək kredit portfelini iki qat artıraraq 35 milyard dollara çıxarmaq üçün görüşlər davam etdirilir.

Ayrılacaq pul Türkiyə iqtisadiyyatının sabitliyə qovuşmasına yardımçı olmaq üçündür.

Açıqlanan maddi yardım paketinin özəl sektora yönələn dəstəyi də əhatə edəcəyi bildirilir.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi mövzu ilə bağlı açıqlama verməyib.

Ayrılacaq pul vəsaitlərinin həm də zəlzələdən zərər çəkən bölgələrin yenidən inşa edilməsində istifadə edilməsi gözlənilir.

 

Tərcümə: Arzu

Gununsesi.info