Dünya bazarlarında neftin qiyməti artıb

  • By Günel
  • 15 Avqust 2024 09:30

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 79,87 ABŞ dolları təşkil edib.

Gununsesi.info -nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,21% artaraq 1 barelə görə 77,14 ABŞ dollarına yüksəlib.

 

Gununsesi.info