“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,42% artaraq 1 barelə görə 104.72 ABŞ dolları təşkil edib.
Gununsesi.info xəbər verir, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,39% artaraq 91.85 ABŞ dollarına bərabər olub.










