Dünya birjalarında neft ucuzlaşıb

  • By admin
  • 30 Aprel 2018 09:05

Dünya birjalarında neft ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar və ya 0,22% azalaraq 67,88 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar və ya 0,51% azalaraq 74,13 dollar təşkil edib.

Gununsesi.info