Dünya birjalarında neft yenidən ucuzlaşdı

  • By Mayil
  • 25 Noyabr 2016 09:30

neft
Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “WTI” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar ucuzlaşaraq 47,58 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar azalaraq 48,52 dollar olub.
Neftin ucuzlaşmasına dünya bazarında dolların möhkəmlənməsi səbəb olub.
Anar
Gununsesi.info