Dünya bu fotodan danışır - MYANMADA İNSANLIQ DRAMI YAŞANIR - FOTO

  • By admin
  • 28 Avqust 2017 22:28

arakanda_kahreden_goruntu_aylan_bebegi_hatirlatti_1503940671_323

Myanmada Arakan müsəlmanlarına qarşı vəhşilik davam edir.

Gununsesi.info “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, Arakan bölgəsində son 3 gündə 2 mindən çox müsəlman öldürülüb. Onların arasında çoxlu sayda körpə uşaqlar və qadınlar da var.

Canını qurtarmaq istəyənlərin çoxlu Banqladeşə sığınmağa çalışırlar. Lakin, Banqladeş sərhəd qoruyucuları onların çoxunu ölkəyə buraxmır.

O ailələrdən biri Naf çayını keçərək Banqladeşə qaçmaq istəyərkən körpə uşaq suda boğulub. Onun çay sahilindəki cəsədinin fotosu isə 2015-ci ildə ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçməyə çalışarkən gəminin qəzaya uğramasından sonra dənizdə boğulan 3 yaşlı Aylanı xatırladıb.

Qeyd edək ki, bir çox dövlət Myanmada müsəlmanlara zülm edilməsini şiddətli şəkildə qınamasına və cinayətlərə son qoymağa çağırmasına baxmayaraq vəhşiliklər davam edir.

Gununsesi.info