Dünya bu vəhşiliklərdən xəbərdar olmalıdır - Deputat

  • By admin
  • 30 Mart 2022 12:46

“Azərbaycanın hər bir yerində ermənilərin törətdikləri vəhşiliklərə rast gəlmək olar. Onlar Birinci Qarabağ müharibəsi zamanı da vəhşiliklər törədib və bunun izləri Fərrux kəndində də ortaya çıxıb”.

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, ermənilər Qarabağı işğal edərkən vətəndaşlarımıza qarşı vəhşiliklər törədib: “Onlar tək Qarabağda deyil, hətta Qərbi Azərbaycanda da qırğınlar törədib. Ermənistanın törətdiyi vəhşiliklər, soyqırımılar beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Ermənistan Azərbaycan ərazisində törətdiyi bütün vəhşiliklərə görə cavab verməlidir. Onlar beynəlxalq məhkəmələrə çıxarılıb, etdiklərinə görə cəzalandırılmalıdırlar. Ermənilərin etdikləri soyqırımılar və qırğınlar Quba məzarlığında olduğu kimi sərgilənib. Bu sübutları və tarixi faktları hər kəsin görməsi üçün sərgiləməliyik. Azərbaycan mətbuatı bu məsələləri çox yaxşı işıqlandırır. Ancaq biz çalışmalıyıq ki, belə xəbərlər beynəlxalq ictimaiyyətə də çatdırılsın və orada yaşayanlar bu vəhşiliklərdən xəbərdar olsun. Dövlətimiz də bununla bağlı addımlar atır”.

Gununsesi.info