Dünya çempionatı davam edir

  • By admin
  • 22 Sentyabr 2017 13:48

09

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ikinci yarış günündə güləşçilərimiz 1 bürünc medal qazanıb.

Belə ki, 86 kq-da mübarizə aparan Əşrəf Əliyev həlledici görüşdə Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.

Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Anar

Gununsesi.info