Dünya çempionatında 48 komanda iştirak edəcək - FİFA-dan son qərar

  • By admin
  • 10 Yanvar 2017 14:06

fifa-covanni

FIFA 2026-cı ildən etibarən futbol üzrə Dünya Kuboku yarışlarının final mərhələsində 48 yığmanın iştirak edəcəyi barədə qərar qəbul edib.

Gununsesi.info-nun məlumatına görə, yeni qərara əsasən 2026-cı ildə təşkil olunacaq dünya çempionatına 16 qrupda 3 komanda olmaqla 48 ölkə qatılacaq.

2018-ci il dünya çempionatında 5,5 milyard dollar olacaq yayım və sponsor gəlirlərinin 80 oyunluq 48 komanda formatında 6,5 milyard dollaradək artacağı gözlənilir.

Gununsesi.info