Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək  

  • By admin
  • 19 İyun 2018 09:39
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün ilk tura yekun vurulacaq.

H qrupunda  iki oyun keçiriləcək.

Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxacaq.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq

A qrupunda isə 2-ci tura start veriləcək. Meydan sahibləri Rusiya millisi Misirləqarşılaşacaq. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması  Uruqvaya uduzub – 0:1

 

19 iyun

DÇ-2018

H qrupu

1-ci tur

16:00. Kolumbiya – Yaponiya
Hakimlər
: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

19:00. Polşa – Seneqal
Hakimlər: 
Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).

 

1. Polşa 0 0 0 0 0:0 0
2. Kolumbiya 0 0 0 0 0:0 0
3. Seneqal 0 0 0 0 0:0 0
4. Yaponiya 0 0 0 0 0:0 0

 

A qrupu

2-ci tur

22:00. Rusiya – Misir
Hakimlər
: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).

1. Rusiya 1 1 0 0 5:0 3
2. Uruqvay 1 1 0 0 1:0 3
3. Misir 1 0 0 1 0:1 0
4. Səudiyyə Ərəbistanı 1 0 0 1 0:5 0