
Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Modern.az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonov (Özbəkistan) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) – Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.
Gununsesi.info