Dünya çempionatında BOMBA HƏYƏCANI

  • By admin
  • 22 Noyabr 2022 13:00

Dünya çempionatı çərçivəsində Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyət bomba şübhəsi səbəbindən Portuqaliya ilə oyuna hazırlıq üçün yerləşdikləri hoteldən təxliyə ediliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Qana komandasının rəsmi saytında yayılan bəyanatda deyilir.

“Qətər vaxtı ilə saat 14:30-dan sonra Dohada Qana komandasının mehmanxanasında həyəcan siqnalı işə salınıb ​​və bütün heyət təxliyə edilib. Qətər Yanğınsöndürmə Xidmətinin ekipajı həyəcan siqnalından dərhal sonra əraziyə gəlib. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu və bütün sakinlərin hotel otaqlarına qayıda biləcəyi qeyd edilib”, – bəyanatda vurğulanıb.

Bildirilir ki, hadisə yerinə xüsusi itlər cəlb olunub ki, bu da məlumatın yalan olduğunu dərhal aydınlaşdırmağa kömək edib.

Gununsesi.info