Dünya çempionu: “Kiçik uşağımın alt bezini dəyişməkdən zövq alıram”

  • By admin
  • 01 İyun 2020 20:11

“Çelsi” klubunun hücumçusu Olivye Jiru karantin günlərini necə keçirdiyindən danışıb.

UEFA-nın rəsmi saytına müsahibə verən fransalı forvard özünütəcrid günlərində vaxtının böyük hissəsini övladlarına həsr etdiyini bildirib.

“Övladlarımın böyüməyini seyr etmək imkanı qazandım. Dərslərində kömək etdim. Bu, böyük zəhmət tələb edir”.

Müsahibəsinin davamında O.Jiru müasir ata olduğunu söyləyib:

“Ev işləri ilə məşğul oluram, uşaqlarımla vaxt keçirirəm, onları çimdirirəm. Kiçik uşağımın alt bezini dəyişməkdən zövq alıram. Övladlarımla vaxt keçirmək qiymətsizdir. Hər bir işdə müsbət məqamlar tapmaq lazımdır, mən məhz belə insanam”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqasının oyunları iyunun 17-də bərpa oluna bilər.

 

Gununsesi.org