Dünya çempionu öldü

  • By admin
  • 15 Avqust 2021 17:48

Futbol üzrə dünya və Avropa çempionu, ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “Bayern Münhen” in mətbuat xidməti “Twitter” səhifəsində yazıb.

O, 3 noyabr 1945 -ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin nədən öldüyü bəlli deyil.

Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.

Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.