“Dünya çox dəyişib, cəzasızlıq və gözlənilməzlik hissi var” - BMT-nin yeni baş katibi 

  • By admin
  • 14 Oktyabr 2016 10:49

bmt

“Beynəlxalq ictimaiyyət münaqişələrin qarşısının alınması və həlli üzrə rıçaqların böyük hissəsini itirib. Buna görə də mənim prioritetim sülhün möhkəmləndirilməsi üçün diplomatik fəaliyyətinin genişləndirilməsi olacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda BMT-nin yeni təyin olunmuş baş katibi Antonio Qutyerriş  deyib.

O qeyd edib ki, çox şeyin BMT-yə üzv dövlətlərdən asılı olduğunu, baş katibin imkanlarının məhdud olduğunu başa düşür: “Bununla belə, mənə elə gəlir ki, sadəcə, vasitəçi olmayıb sülh prosesini fəal təşviq etməklə məsələyə daha çox dövlətin diqqətini çəkmək olar”-, deyə o bildirib. Baş katib bildrib ki,  münaqişələrin mövcudluğu ən çox qaçqınların və köçkünlərin əzab çəkməsinə səbəb olur.

Qeyd edək ki, oktyabrın 13-də BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında səsvermə keçirmədən təşkilatın keçmiş Qaçqınlarla iş üzrə Ali Komissarı Antonio Qutyerrişi 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək BMT baş katibi seçib. O, bu postda Pan Gi Munu əvəzləyəcək.

Gülnaz Qənbərli

Gununsesi.info