Dünya dəyişir, geriyə yol yoxdur: - Onların diktəsi bitir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, hazırda dünya kəskin və dönməz şəkildə dəyişib.

Gununsesi.info Rusiya mətbuatına istinadla xəbər verir ki, o, anqlosakson ölkələrinin diktəsinin bitdiyini və qarşıdan BRİKS və ŞƏT kimi regional razılaşmalar dövrünün gəldiyini deyib.

“Dünya kökündən dəyişib və indi geriyə dönüş yoxdur. Əvvəlki kimi olmayacaq. Bunun yaxşı və ya pis olduğunu bilmirəm, məncə, bu cür dəyişikliklər müsbət təsir göstərəcək. Anqlosakson ölkələrinin diktaturasına son qoyuldu”, – Medvedev əlavə edib.

Onun sözlərinə görə, indi müxtəlif regional razılaşmalar, ikitərəfli münasibətlər dövrü gəlir. Bütün bunların fonunda beynəlxalq qurumlar da dəyişəcək.

 

Şəbnəm

Gununsesi.info