Dünya dəyişir, robotlar gəlir, bu günün uşaqları sabah kim olacaq?.. – Expert

  • By admin
  • 27 Mart 2021 22:23
“Uşaqların təhsili, onların gələcəkdə hansı peşəyə sahib olacaqlarını indidən müəyyən etmək çətinləşib”.
Gununsesi.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, uşaqların düşüncəsi onların həyata baxışı böyüklərdən daha fərqlidir:

“Alimlərin gəldiyi qənaətə görə, 2016-cı ildən bəri doğulan uşaqların 60-70%-nin gələcəkdə hansı peşə ilə məşğul olacaqları hələ elmə məlum deyil. Bu o deməkdir ki, dünyada geniş inkişaf tendensiyası var və gələcəkdə bu inkişaf nəticəsində hansı peşələrin yaranacağı və hansı peşələrə təlabatın daha çox olacağı məlum deyil. Ona görə bir valideynin ilkin olaraq qarşısında duran əsas məqsəd uşağının təhsilli olmasını təmin etməkdir. Ona yaxşı təhsil almağa şərait yaratmalı və öz düşüncəsinə sahib bir şəxsiyyət kimi tərbiyə etməlidir”.
Ekspert qeyd edib ki, hazırda dünyada bəzi dəyişikliklərin baş verməsi müşahidə edilir:
“İllər keçdikcə insan öz beyninə daha yaxşı hakim olub inkişaf edir və yeni-yeni ideyalar, kəşflər meydana gəlir. Dünyada texnologiya sahəsində böyük inkişaf müxtəlif peşələrdə çalşan insanları, xüsusilə müəllimləri, həkimləri, mühəndisləri, arxitektorları, fəhlələri və s. sahələrdə çalışanları düşündürməlidir. Çünki bu inkişafla ayaqlaşmamaq onlara bir çox əngəllər törədəcək. Məsələn, Cənubi Koreyada orta məktəbələrə ingilis dili dərslərini tədris etmək üçün xüsusi robotlar gətirilib. Yaxın 20 il ərzində tikinti sektorunda çalışanların 40-50%-ni robotlar əvəz edəcək. Artıq bir neçə ildir ki, dünyanın ən böyük şirkətlərindən olan Amazon öz anbarlarının çox hissəsini tam robotlaşdırıb. Təhsil sektorunun robotlaşdırılması prosesi isə bır sıra ölkələrdə artıq başlayıb. Bu o deməkdir ki, artıq insanları bir çox sahələrdə robotlar əvəz edəcək. Lakin bu o demək deyil ki, insanlar işsiz qalacaqlar. Amerikada bir nəşriyyatda dərc olunan “Robototexnika və süni intellekt insanlığın gələcəyi üçün nə vəd edir?” adlı yazıda yaxın gələcəkdə robotlaşdırmanın ilkin olaraq tikinti sektorunu əhatə edəcəyi deyilir və bu da tikinti sektorunda baş verən çoxlu insan ölümünün qarşısını alacaq. Lakin robotların tikinti sektoruna inteqrasiyasının həm də insanlar üçün yeni, çox geniş iş imkanlarının yaranmasını təmin ediləcəyi bildirilir”.
Gununsesi.info