Danimarka futbolunun canlı əfsanələrindən olan Piter Şmeyxel evlənib.
Gununsesi.org xəbər verir ki, 55 yaşlı veteran qapıçı özündən 9 yaş kiçik olan, keçmiş “Playboy” gözəli Laura von Linholmla münasibətləri rəsmiləşdirib.
Cütlüyün toyuna 200-dən artıq qonaq qatılıb. Bunların arasında Şmeyxelin İngiltərənin “Lester” klubunda çıxış edən qapıçı oğlu Kasper Şmeyxel də olub.
Qeyd edək ki, Piter Şmeyxelin ilk evliliyi 31 il davam edib. O, məşqçisi olmuş Svend Hansenin qızı Bente ilə 2013-cü ildə ayrılıb.
Gununsesi.org