“Dünya ictimaiyyəti erməni qoşunlarının atəşi nəticəsində dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır” - BAŞ RAVVİN ŞNEOR SİQAL

  • By admin
  • 08 İyul 2017 10:48

Rabbi_Shneor_Segal_110313

Dünya ictimaiyyəti Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı birləşmələrinin atəşə tutulması nəticəsində dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə Bakıda aşkenazi yəhudilərinin baş ravvini Şneor Siqal deyib.

Onun sözlərinə görə, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün yüksək səviyyədə tədbirlər görülməlidir:

“Daha da pisi gözləmək lazım deyil. Uşaqlar ölür. Bundan daha pis nə ola bilər? Ümid edirəm ki, dünya ictimaiyyəti bununla bağlı düzgün addımlar atacaq”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Gununsesi.info