“Dünya ictimaiyyəti Ermənistana siyasi təzyiq göstərməlidir” - İBRAHİM ƏRDOĞAN

  • By admin
  • 08 İyul 2017 09:31

brahim_erdogan_2017_tr_070717

İrəvan beynəlxalq qanunlar və normaları tanımayanadək Ermənistan Azərbaycana qarşı təcavüzkarlığı davam etdirəcək. Bunun qarşısının alınması üçün dünya ictimaiyyəti bu ölkəyə siyasi təzyiq göstərməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə Türkiyənin “Haber7” xəbər portalının baş redaktoru İbrahim Ərdoğan deyib.

Onun sözlərinə görə, Ermənistanın hərəkətləri bu ölkəni regionun yarasına çevirib:

“Erməni təcavüzü nəticəsində nə qədər azərbaycanlının həlak olduğunu demək çətindir, amma onların sayı həddən çoxdur. Ermənilərin tarixi hər zaman türklərə qarşı vəhşiliklərlə zəngin olub”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Gununsesi.info