Bu gün “Dünya İdman Paytaxtı” statusu rəsmi olaraq Monakodan Bakıya keçdi. Gələn ilin sonu isə eyni qayda da Bakıdan Buenos-Ayresə keçəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunması ilə bağlı keçirilən tədbirdə deyib.
Nazirlik rəsmisi bildirib ki, Bakının dünyanın idman paytaxtı statusu alması ilə bağlı gələn il şəhərimizdə bir sıra beynəlxalq tədbirlərin və yarışların keçirilməsi nəzərdə tutulur:
“Bu gün rəsmi olaraq Bakı “Dünya İdman Paytaxtı” seçildi. Bildirmək istərdim ki, Bakıda bununla bağlı bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün şərait yaradılacaq. Paytaxtda bir çox beynəlxalq yarışlar təşkil olunacaq”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.













