Dünya katolikləri Milad bayramını qeyd edirlər

  • By admin
  • 25 Dekabr 2017 09:54

Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər.

Gununsesi.info xəbər verir ki, Həzrəti İsanın doğum günü olan Milad bayramı dünya ölkələrinin əksəriyyətində təmtəraqla keçirilir.

Bu ölkələrin arasında xristian icmasının yaşadığı Azərbaycan da var.

Milad qərb xristianlığında, o cümlədən katolisizmdə və bir neçə pravoslav kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür.

Gununsesi.info