Dunya liderləri Türkiyədə

Dunya liderləri Türkiyədə

s2

Türkiyədə Dünya Humanitar Sammiti başlayıb. APA-nın məlumatına görə, sammitin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Toplantıdan əvvəl dünya liderləri xatirə fotosu çəkdiriblər.

Xatırladaq ki, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.

Dövlət başçısı və xanımı artıq Türkiyədədir.

 

COMMENTS