Dünya liderləri bir arada: NATO toplantısından FOTOLAR

  • By admin
  • 25 Mart 2022 12:48

Belçikanın paytaxtı Brüsseldə NATO liderlərinin fövqəladə zirvə toplantısı baş tutub. 

Gununsesi.info “CNN”ə istinadla  xəbər verir ki, toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə edilib, həmçinin NATO-nun çəkindirmə və müdafiə strukturunun gücləndirilməsi tədbirləri nəzərdən keçirilib.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak ediblər.

Gununsesi.info