Dünya mətbuatı Ərdoğan-Əliyev görüşü barədə: Türkiyə Qafqazda artıq daha güclüdür

  • By admin
  • 27 Sentyabr 2023 16:23

Rusiyanın geri çəkilməsinin yaratdığı boşluğu Türkiyə qapadacaq”

 

Dünya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyevin görüşü haqqında analizlər yazıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həmin analizlərdə Aazərbyacan və Türkiyənin ortaq hərəkət edərək Qafqazda bir güc qurduqlarını vurğulayıb.

Azərbaycanın Naxçıvan şəhərindəki görüş dünyada geniş əks-səda oyandırıb. Yazılarda Türkiyənin 2020-ci ildəki Qarabağ savaşı zamanı zəfərin qazanılmasında önəmli rolundan bəhs edilib. Ayrı-ayrı mətbuat orqanlarından olan analizlərin qısa özətini təqdim edirik:

 

İngiltərə / “Guardian”: “Ərdoğan Azərbaycanın qələbəsini öydü”

Almanya / “Süddeutsche Zeitung”: “Türkiyənin toqquşmada harada dayanması heç bir zaman sirr olmadı”

Alman qəzeti yazısında “Ərdoğan nitqi zamanı çıxışında “Dağlıq Qarabağ Azərbaycan torpağıdır”, dedi” ifadələrini işlədib.

Qətər / “Aljazeera”: Türkiyə Prezidenti Naxçıvan bölgəsinə səfər etdi – Sürətli zəfərin qürurverici olduğunu söylədi

Yunanıstan – “Kathimerini” “Türkiyə Qafqazda daha güclüdür”

Yunan qəzetinin yazısında “Beynəlxalq analitiklər Sovetlər Birliyinin dağılmasından sonra Qafqazda təhlükəsizlik mövzularında açar rolunu oynayan Ermənistanda hərbi bazası və 2 min əsgəri olan Rusiyanın geri çəkilməsinin yaratdığı boşluğu Türkiyənin qapada biləcəyini təxmin edir”, ifadəsi işlənir .

 

Tərcümə: Arzu

Gununsesi.info