
Avropa Şurasının Parlament Assambleyasının bu gün keçirilən sessiyasında Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, Dunya Miyatoviç çıxışında quruma üzv olan Türkiyə və Azərbaycan haqqında tənqidi fikirlər səsləndirib.
Onun sözlərinə görə, hər iki ölkədə əsas hüquq və azadlıqlarından istifadə edən ictimai-siyasi fəallar, o cümlədən jurnalistlər həbs olunub. Dunya Miyatoviç bildirib ki, Avropa Məhkəməsinin qərarına baxmayaraq Türkiyə hökuməti tanınmış ictimai xadim Osman Kavalanı hələ də həbsdə saxlayır: Azərbaycanda da belədir. Bəxtiyar Hacıyev və digər ictimai fəallar, həmçinin jurnalistlər həbs edilib. Avropa Şurasına üzv olan ölkədə bunlar yolverilməzdir.
Gununsesi.info