Dünya Miyatoviç hüquq müdafiəçilərini Dublinə topladı

  • By admin
  • 26 Oktyabr 2022 17:32

Oktyabrın 24-25-də İrlandiyanın Dublin şəhərində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin təşəbbüsü ilə “Böhran dövründə Avropa Şurası regionunda insan hüquqları müdafiəçiləri” mövzusunda dəyirmi masa keçirilib. 

Komissarın ofisindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə Avropa Şurasına üzv dövlətlərin hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də beynəlxalq təşkilatların (BMT, AŞPA, ATƏT/DTİHB, Frontlines Defenders, Amnesty İnternational, Human Rights Watch) nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Avropa Şurasına üzv ölkələrdə insan haqları fəallarının üzləşdiyi problemlərdən danışılıb.

Dəyirma Masa barədə  açıqlama yayan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da bildirib ki, çıxışında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətdən danışıb.

Hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus çıxışında Azərbaycanda insan haqları ilə bağlı dəhşətli vəziyyətdən danışıb. O, bildirib ki, çıxışında  xüsusilə, “Tərtər İşgəncələri” və “Gəncə İşi”ndən danışıb: “Azərbaycanda və Avropada azərbaycanlı fəallara qarşı insan hüquqlarının pozulması ilə bağlı vəziyyətlə bağlı bütün lazımi materiallar və sənədlər İnsan Hüquqları üzrə Müvəkkilin Aparatının rəhbərliyinə,  İnsan Hüquqları üzrə AŞPA-nın məruzəçisinə təhvil verilib”.

Günay Təhməzova

Gununsesi.info