Dünya müharibəsi astanasındayıq -Aleksandr Turçinov

Dünya müharibəsi astanasındayıq -Aleksandr Turçinov

turc
“Yaxın gələcəkdə  dünyada genişmiqyaslı müharibə gözlənilir və hazırda bunun astnasındayıq”.
Gununsesi.info xəbər verir ki, bu fikri Ukraynanın Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov “Qolos Ukrayna”-ya yazdığı məqaləsində qeyd edib.
 “Mövcud konfliktlər və bu münaqişələrin və onun miqyasının getdikcə artması deməyə əsas verir ki, biz genişmiqyaslı dünya müharibəsinin astanasındayıq və bu gözləniləndir. Dünyada baş verən proseslər bunu deməyə əsas verir”- deyə, A. Turçinov  vurğulayıb.
O, hesab edir ki, qlobal qarşıdurma genişmiqyaslı müharibəyə yol aça bilər və bunun nəticəsində də yeni dünya düzəninin  formalaşdırılması gözlənilir.
Dünya təhlükəsizliyinin qarantının Vaşinqton olduğunu düşünən A.Turçinov bildirib ki, hazırda yeganə olaraq ABŞ və onun liderlik etdiyi NATO  qlobal gücdür. “Ancaq və ancaq ABŞ dünyada demokratiya ilə totalitarizm arasındakı byük qarşıdrumaya imkan verə bilməyəcək yeganə gücdür”- deyə, o vurğulayıb.
Gununsesi.info

COMMENTS