

2017-ci ildən etibarən dünya uzunmüddətli münaiqşələrlə dolu təhlükəli bir mərhələyə qədəm qoyur. Belə bir rəyə
“Foreign Policy” jurnalı dünyada baş verən prosesləri analiz edən analatik məqaləsində gəlib.
Gununsesi.info “Foreign Policy”-yə istinadən xəbər verir ki, jurnal 2017-ci ildə 10 aktual münaqişənin siyahısını müəyyənləşdirib. Jurnal 10 ən akrual münaqişələr siyahısına Türkiyədəki hadisələri salıb. Jurnal daha çox suriya və Ukrayndakı hadisələrə yer ayırıb. Hansı ki, bu iki münaqişəsə Moskva müstəsna rol oynayır. Jurnalın yazdığına görə, 2017-ci ildə Suriyada əldə ediləcək atəşkəs rejimi, münaqişənin diplomatik yolla həllinə ümid verir. Ukraynadakı münaqişənin həllinə gəldikdə isə mətbu orqanı hesab edir ki, bu ölkədə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir. Bütün bunları nəzərə alan mətbu orqanı yazır ki, dünya uzunmüddətli təhlikəli bir mərəhələyə qədəm qoyur. Bu çoxsaylı təhlükələr sırasına qlobal qaçqınlar böhranından tutmuş terrorizmin daha geniş arealı əhatə etməsinədək məsələ yer alıb. Hansı ki, bu hadisələr dünyada yeni təhlükə və fəalkərli vəziyyət yaradacaq.
Jurnal eyni zamanda Donald Trampın ABŞ-ın prezident seçilməsini dünyada geosiyasi proseslərdə öz izini göstərəcəyini qeyd edib. Mətbu orqanı D.Trampın qeyri-müəyyən xarici siyasətini dünyada qeyri-stabilliyə yol açacağını istisna etmir.
Jurnal 10 əsas münaqişə sırasında birinci yeri Suriya, sonrakı yerləri İraq, Türkiyə, Yəmən, Cənubi Sudan , Konqo, Ukrayna və digər ölkələrdəki hadisələr yer alır.
Suriyadakı proseslərə toxunan mətbu orqanı Rusiya ilə Türkiyənin səyləri Suriyadakı gərginliyin azalmasına gətirib çıxaracağına, münaqişənin diplomatik həlli yolunun açılmasına gətirib çıxaracağına ümid edir.
Gununsesi.info