Dünya ölkələrinin pasportlarına görə beynəlxalq REYTİNQ

  • By admin
  • 12 Yanvar 2022 11:31

Dünya ölkələrinin pasportlarına görə beynəlxalq reytinq açıqlanıb.

Gununsesi.info xəbər verir ki, reytinqi nüfuzlu “Henley Partners” indeksi hazırlayıb.

Reytinq pasportların vətəndaşın giriş vizası üçün müraciət etmədən gedə biləcəyi ölkələrin sayına görə müəyyənləşdirilib.

Birinci yerdə keçən il olduğu kimi Yaponiya və Sinqapur yerləşib. Bu ölkələrin vətəndaşları 192 ölkəyə sərbəst daxil ola bilərlər.

Almaniya və Cənubi Koreya vətəndaşları 190 ölkəyə vizasız səyahət edə bilərlər. Rusiya 46-cı, Gürcüstan 48-ci yerdədir.

Siyahıda sonuncu yerdə Əfqanıstandır: onun vətəndaşları 26 ölkəyə vizasız gedə bilər.

Gununsesi.info