Dünya şöhrətli aktyor kinodan gedir

  • By admin
  • 01 Sentyabr 2017 22:45

mikele_plaido
Dünya şöhrətli italiyalı aktyor və rejissor Mikele Plaçido artıq kinoya çəkilməyəcəyini elan edib.

Kult.az xəbər verir ki, Plaçido bu barədə “La Repubblica” qəzetinə verdiyi müsahibəsində deyib.

“Mən bir daha kinoda aktyor qismində işləməyəcəyəm, bu mənə maraqlı deyil. Bu il mənə iki ciddi film təklif etmişdilər, amma imtina etdim”, – aktyor bildirib.

Qeyd edək ki, Mikele Plaçido “Sprut” serialındakı komissar Katani roluna görə məşhurlaşıb.

 

Gununsesi.info