Dünya şöhrətli bəstəkar vəfat edib

 

İyulun 6-da dahi İtaliya bəstəkarı, aranjimançı və dirijor Ennio Morikone 92 yaşında vəfat edib.

Gununsesi.org bildirir ki, bu barədə  xəbəri İtaliya KİV-ləri yayıblar.

O, əsasən kino və televiziya üçün musiqi bəstələyirdi. “İtaliya Respublikasıqarşısındakı xidmətlərinə görə” ordeninin Böyük Xaç Kavaleridir. Kinematoqrafdaböyük xidmətlərinə görə (2007) və “Mənfur səkkizlik”ə yazdığı ən yaxşı musiqiyəgörə (2016) iki “Oskar” mükafatının sahibi, 9 dəfə İtaliya milli kino mükafatınınlaureatı, üç dəfə “Qızıl qlobus” mükafatının laureatı, 6 dəfə BAFTA mükafatınınvə bir çox digər mükafatların laureatıdır.

Ennio Morrikone müasir dünyanın ən məşhur bəstəkarlarından biri və kinobəstəkarları arasında dünyada ən məşhurlardan biridir. Uzun karyerası ərzindəİtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, ABŞ-ın 400-dən çox film və teleserialıüçün musiqi yazıb.

Morrikonenin ən çox yadda qalan əsəri “Bir dəfə Amerikada” filminə yazdığımusiqidir.

O, karyerası ərzində iki dəfə musiqisini yazdığı filmlərdə çəkilib, 1995-ci ildəisə onun haqqında sənədli film çəkilib.

2014-cü ilin yanvarında maestro simfonik orkestri ilə birlikdə dünya turnesiçərçivəsində Bakıda konsert verib.

Cəmilə Hətəmxanova

Gununsesi.org