
Azərbaycanlı model Diana Axadpur dünya şöhrətli dizayner Zuhair Muradın dəvəti ilə Paris Moda Həftəsində keçirilən moda nümayişində qonaq qismində iştirak edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı Moda Jurnal evi bildirib.
Bu hadisə həmişə mövsümü bağlayır və moda sənayesində ən nüfuzlu hesab olunur. Üstəlik, digər oxşarların ən qapalısı hesab olunur.
Nümayişlər baykerlər, məşhurlar və mətbuat üçün təşkil olunur. Onlar ildə dörd dəfə keçirilir: yanvar və iyul aylarında kişi moda həftəsi, mart və sentyabr aylarında isə qadın moda həftəsi keçirilir.
Diana öz xarici görünüşü ilə bütün qonaqları və media nümayəndələrini heyran edib. O, şoudan görüntüləri sosial şəbəkədə paylaşıb və qeyd edib ki, gələcəkdə dizaynerdən almaq niyyətində olduğu bəzi paltarları bəyənib.