Dünya şöhrətli muğam ifaçımız ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşır

  • By admin
  • 22 Noyabr 2016 16:19

alim

Xalq Artisti Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Gununsesi.info xəbər verir ki, ilk olaraq sənətçilərimiz ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Belə ki, gələn ilə planlaşdırılan qastrol səfəri yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.

Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. Belə ki, Alim Qasımov və qızı Fərqanə Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.

Gununsesi.info