Dünya şöhrətli modelyer vəfat etdi - FOTO

  • By admin
  • 20 İyun 2017 14:05

unnamed (1)

Məşhur italiyalı modelyer 80 yaşlı Karla Fendi Romada vəfat edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Fendi” şirkəti məlumat yayıb.

Belə ki, onun ölümü ilə bağlı açıqlama verən şirkət “O, hamımızın ilham mənbəyi, araşdırmanın, mədəniyyətin və həssaslığın insan bədənindəki forması idi” -, deyə qeyd edib.

Xatırladaq ki, K.Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli “Fendi” qrupunu idarə edib.

Hazırda “Fendi”nin 25 ölkədə 160-dan çox mağazası fəaliyyət göstərir.

Anar
Gununsesi.info