Dünya üçün yeni təhdid: Planetin süni soyudulması

  • By admin
  • 15 Noyabr 2017 23:10


Planetin vulkanik emissiyaların süni analoqları (aerozol nəzərdə tutulur) ilə soyudulması cəhdi tropik bölgələrdə qasırğalara və digər fəlakətlarə səbəb olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Britaniyanın Ekseter Universitetinin alimi Entoni Cons deyib.

“Hesablamalarımızın nəticələri göstərir ki, lokal və ya qlobal miqyasda olan günəş geomühəndisliyi qlobal istiləşmə ilə mübarizə üçün son dərəcə riskli strategiyadır. Bu, bəzi bölgələrdə lazımi nəticələrə, bəzi bölgələrdə isə fəlakətə səbəb olacaq. Qanunvericilərin bu məsələni ciddi şəkildə qəbul etməsi və bu cür tətbiqlərə uyğun məhdudiyyətlər tətbiq etməsi zəruridir”, -deyə Cons bildirib.

Qeyd edək ki, son iqlim tədqiqatlarına görə, son 10-15 ildə atmosferdə aerozol konsentrasiyasının kəskin artması qlobal istiləşmənin 2000-ci ildə bir qədər yavaşlatmasının səbəblərindən biridir. Buna görə də alimlər son zamanlar süni şəkildə atmosferdə aerozol artımı ilə qlobal istiləşmənin qarşısını almaq haqqında fərziyyələr irəli sürürlər.

Gununsesi.info