Dünya ulduzu həbs oluna bilər

  • By admin
  • 22 İyun 2016 11:19

dI cAPRIO

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, məşhur Hollivud və dünya ulduzu Leonardo Di Caprio məhkəməyə verilib. Səbəb isə 2013 –cü ildə ekranlara çıxan “Volk Uoll-Strit” filmi olub. Məşhur biznesmen Edryu Qrin, filmdə onun prototipi olan  “Nicky “Rugrat” Koskoff” obrazının əxlaqsız günahkar kimi göstərildiyini iddia edib. Bu səbəbdən filmi çəkən “Paramount Pictures” şirkətini və baş rolun ifaçısı Leonado Di Caprionu məhkəməyə verib.

İddialara görə, bu film biznesmenin reputasiyasına zərər vurub, bundan əlavə filmdə “Viqvam” ləqəbi dəyişdirilərək “Rugrat” adlandırılıb. Hətta Leonardo Di Caprionu onun işlərinə qarışmaqda da  günahkar çıxarıb. 41 yaşlı aktyor isə olanlardan çox əsəbiləşib. Rejissor Martin Skorze və ssenarist Terens Uinter  məhkəmə çıxış edərək  bildiriblər ki, ssenari hazırlanarkən Di Caprio bunlardan xəbərsiz olub. Buna baxmayaraq aktyor şikayət əsasında yenidən məhkəmə qarşısında cavab verməyə məcbur qalacaq.

 Sevinc Xeyrulla

 

dI cAPRIOO