Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərdə və aerodans proqramında qaliblər mükafatlandırılıb – FOTO

  • By admin
  • 23 May 2021 16:01

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərdə (12-14 yaş) və aerodans proqramında (15-17 yaş) qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qrup hərəkətlərdə Rusiya qızıl, Bolqarıstan gümüş, Macarıstan bürünc isə medallarla mükafatlandırılıblar.

Aerodans proqramında Rusiya komandası qızıl, Rumıniya komandası gümüş, Macarıstan komandası isə bürün medal qazanıbalar.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Gununsesi.info