
İtaliyanın “Yuventus” klubu koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra məşqləri bərpa edib.
Gununsesi.org-un məlumatına görə, Turin təmsilçisi klubunun bazasında bir araya gəlib.
Hazırlıqlara komandanın bəzi oyunçuları qatılıb. Futbolçular fərdi qaydada, təhlükəsizliyə riayət etməklə məşqlərini gerçəkləşdirir.
Qeyd edək ki, İtaliya hökuməti mayın 3-dən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşqləri başlamağa icazə verib.
Gununsesi.org