Nike-ın internet saytına girib alış-veriş etmək istəyənlər böyük bir şok yaşayıb. İnsanlar online alış-verişlərini tamamlaya bilməyiblər. Şirkət Türkiyəyə məhsul istəyən müştərilərin sifariş verə bilməyəcəyini açıqlayıb. Belə ki, populyar idman ayaqqabı markası Nike öz saytında “Hazırda Türkiyədə Nike.com və Nike APP tətbiqində alış-veriş etmək mümkün deyil”- başlığı ilə məlumat dərc ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nike, xaricdən gələn məhsullara tətbiq edilən vergiyə görə onlayn alış-verişini Türkiyənin üzünə bağlayıb. Şirkət gömrük qanunvericiliyindəki son dəyişikliklərə diqqət çəkərək, həmçinin üzr istəyərək, sifarişlərinin istehlakçılara problemsiz və vaxtında çatacağına zəmanət verə bilmədikləri üçün sifarişləri dayandırdıqlarını bildiriblər.
Rəsmi qəzetdə yayımlanan qərarla Avropa Birliyi (AB) ölkələrindən gələn dəyəri 30 avronu (1099 TL) keçməyən məhsullara tətbiq edilən gömrük vergisi yüzdə 18-dən yüzdə 30-a qaldırıldı.
Eyni zamanda 1500 avronu keçməyən əczaçılıq məhsulları üçün də eyni tarifin tətbiqinə qərar verilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən qərara əsasən, artırılan vergi dərəcələri avqustun 21-dən etibarən tətbiq olunacaq.
Günel
Gununsesi.info