Dünyaca məşhur reper Eminem kədərli xəbərdən sarsıldı - FOTO

  • By Günel
  • 04 Dekabr 2024 10:25

Məşhur reper Eminemin anası Debbi Nelson 69 yaşında dünyasını dəyişib. Nelsonun ağciyər xərçəngindən öldüyü bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məşhur amerikalı reper “Eminem” kimi tanınan Marshall Bruce Mathers III üçün kədərli gündür.

Məşhur reperin anası Debbi Nelsonun bir müddət ağciyər xərçəngindən müalicə aldığı öyrənildi.

Bildirilib ki, Nelsonun vəziyyəti ağırlaşdığına görə, dekabrın 2-də, St. Joseph, Missouri şəhərindəki xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Günel Həsənova

Gununsesi.info