Dünyaca tanınmış futbolçu həbs edildi – FUTBOL CAMİYƏSİ ŞOKDA

  • By admin
  • 07 Mart 2020 12:48

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo yenidən saxlanılıb.

Gununsesi.org xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Paraqvaya saxta sənədlərlə gəlməkdə şübhəli bilinən cənubi amerikalı dünən sərbəst buraxılsa da, bu gün yenidən həbs olunub.

Baş prokurorun tapşırığı ilə “sambaçı” qardaşı Roberto de Assis Moreyro ilə birlikdə paytaxt Assunsionda polis bölməsinə aparılıb. Qardaşlar bu gün məhkəmə qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, Ronaldinyonun ölkəsi Braziliyada bütün mülkü hökumət tərəfindən müsadirə edilib.