Dünyaca tanınmış neft şirkəti Avropa müştəriləri üçün qiymət endirimi edəcək

  • By admin
  • 03 Yanvar 2020 16:20

“Saudi Aramco” Avropa müştəriləri üçün “Arab Light” markalı neftin bir barelinin qiymətini fevral ayından 2,2 dollar azaldacaq.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, Aralıq dəniz regionu ölkələri üçün də 2,9 dollar həcmində güzəşt ediləcəyi halda ABŞ bazarında 0,2 dollarlıq qiymət artımına gediləcək. Asiya müştərilər üçün isə qiymətlər əvvəlki səviyyədə qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti neft ixracı cədvəlini hər ayın əvvəlində gələn müraciətlərə əsasən tərtib edir. OPEC+ razılaşması çərçivəsində neft ixracatını gündəlik 7 milyon barel həddində saxlamağa qərar verilmişdi. Yanvarın 2-də Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 65,4 dollara satılıb.

Gununsesi.org