
Hindistanın dünyaca tanınmış film oyunçusu Priyanka Çopra Türkiyəyə zəlzələ ilə bağlı yardım edilməsinə çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sənət dünyasının tanınmışları, iş adamları və maqazin dünyasının məşhurlarının çağırışına Çopra da qatılıb.
“Dağıdıcı zəlzələdən 1 həftə sonra Türkiyə və Suriyadakı insanların acıları dinmir. Ümid edirəm ki, nə olarsa-olsun yardım edə bilərsini”, – deyə yazıb.
Xatırladaq ki, Priyanka Çopra daha öncə zəlzələ ilə bağlı daha bir çağırış edərək insanları zəlzələdən zərərçəkənlərə və qurbanların ailələrinə dəstək olmağa səsləmişdi.
Tərcümə: Arzu Sayadoğlu